Sionist rejim Livana dronlarla hücum etdi

Sionist rejim Livana dronlarla hücum etdi

Xəbər mənbələri sionist rejimin pilotsuz təyyarəsinin Livanın şimal-şərqinə hücumundan xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin pilotsuz təyyarəsi Livanın şimal-şərqində yerləşən Əl-Bəqa əyalətində “Picap” yük maşınına üç raketlə hücum edib.

Hələlik daha ətraflı məlumat verilməyib.

Bundan əvvəl Livanın İslami Müqaviməti işğal altındakı Fələstinin şimalında yerləşən sionist hərbçilərin qərargahına pilotsuz uçan aparatla hücum etdiyini açıqlamışdı.

Livan İslami Müqaviməti sionist rejimin Livanın cənubunda yerləşən Əl-Məcdəl qəsəbəsinə hücumlarına cavab olaraq, pilotsuz uçuş aparatları ilə Sahel batalyonunun komanda qərargahı və sionist əsgərlərin Beyt Hillel kazarmalarını partladığını elan etmişdi.

Digər tərəfdən, sionist rejim mediası Livan İslami Müqavimətinin Fələstinin şimalında əməliyyatının başlamasından indiyədək 1 milyon 700 yaralının Nəhariyyədəki “Əl-Cəlil” tibb mərkəzinə göndərilib və müalicə olunduğunu bildirib.

Bu medianın açıqlamasına görə, Hizbullahın hücumlarının qurbanlarından 450 nəfəri də “Səfəd”dəki “Ziv” xəstəxanasında tibbi xidmətlər alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =