Sionist rejim Livanın cənubuna artilleriya atəşi açdı

Sionist rejim Livanın cənubuna artilleriya atəşi açdı

İnformasiya qaynaqları sionist rejimin Livanın cənubuna artilleriya atəşi açdığından xəər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim Livanın cənubundan işğal olunuş Fələstinə hərbi qüvvələrin sızma ehtimalı ilə artilleriya atəşi açıb.

Məlumatda deyilir ki, sionist rejim qırıcı təyyarələri hücumdan əvvəl Livanın cənub bölgəsində hava məkanını pozmağa da çalışıb.

Əl Cəzirə telekanalının məlumatına əsasən, sionist rejim artilleriya qırıcıları Əyta Əl Şəyb və Əl Zəhirə qəsəbəsi ətrafında 18 güllə və bir neçə qumbara atıblar.

Əl Məyadin bu xüsusda yazıb: Partlayış səsləri eşidildi, işğal olunmuş Fələstin torpaqları sərhədində dəliklər yarandı.

Livan Hizbullahı baş katibinin müavini Şeyx Nəim Qasim bu gün (13 oktyabr) Fələstin xalqı və Əl Əqsa Tufanı əməliyyatına dəstək yığıncağında Hizbullahın tam hücum üçün münasib zaman gözlədiyini vurğulayıb.

Şeyx Nəim Qasim həmçinin deyib: Əl Əqsa Tufanı uzun müddət yer üzündə fitnə-fəsad və cinayətlər törədən işğalçı rejim əməlinin nəticəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =