Sionist rejim Livanın cənubuna hava və artilleriya hücumu edib

Sionist rejim ordusu qırıcı və artilleriya ilə Livanın cənubundakı bölgələri hədəfə alıb.
İRNA-nın cümə günü “Əl-Məyadin” telekanalına istinadən verdiyi xəbərə görə, sionist rejim qırıcıları Livanın cənubunda Ən-Nəqura şəhəri ətrafındakı Əl-Labuna bölgəsini bombalayıblar.
Bu rejimin artilleriyası da Livanın cənubunda Rab əl-Təlasin qəsəbəsini və Ramiyə, Eyta əş-Şəəb”, Əl-Cəbin, Teyrharfa və Əl-Quzəh qəsəbələrinin ətraf bölgələrini hədəfə alıb.
Sionist rejim ordusu bildirib ki, Hizbullahın raket hücumuna cavab olaraq Livanın cənubundakı əraziləri hədəfə alıb.