Sionist rejim onunla münasibətləri normallaşdırmağa çalışan dövlətləri istismar edir

Sionist rejim onunla münasibətləri normallaşdırmağa çalışan dövlətləri istismar edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (çərşənbə günü) builki həcc rəsmiləri ilə görüşündə həcc ziyarətini insan həyatının sütunu hesab edərək, onun fərdi və ictimai həyatın müxtəlif sahələri üçün mühüm mesajlar və dərslər verdiyini bildirib.

İnqilab Rəhbəri İslam Respublikasının ev sahibi hökumətdən ciddi tələbi kimi bütün zəvvarların, xüsusən də, iranlı zəvvarların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Ali Məqamlı Rəhbər həcc ziyarətini digər dini proqramlardan fərqli prizmaya və əhatə dairəsinə malik olmaqla düşünülmüş ilahi proqram adlandırıb və buyurub:

Qurani-Kərimdə həccin hikməti qısa bir cümlə ilə “qiyamən linnas”, “yəni insan həyatının sütunu” kimi ifadə edilir. Həcc insana və sonrakı nəsillərə həyat elementlərini necə seçməyi öyrədən təlimlər və məşqlərdən ibarətdir.

Ayətullah Xamenei “bir yerdə yaşamaq”, “sadə yaşayış” və günahlardan çəkinmək və mövcud olan, lakin qayğıya ehtiyac duyulan şeylər kimi məsələlərin həccin vacib dərsləri arasında olduğunu vurğulayıb.

 İnqilab Rəhbəri  bəzi tövsiyələrini də əlavə edib: Bütün zəvvarlar, eləcə də həccin məsul şəxsləri bu böyük nemətin qədrini bilməlidirlər və onun qədrini bilmək Allaha yaxın olmaq niyyəti, işləri möhkəm və təşəbbüslə yerinə yetirməkdir.

O, zəvvarları bu çox mühüm mənəvi səfərə daxilən hazırlıqlı olmağa və alış-veriş kimi dəyərsiz şeylərdən çəkinməyə çağırıb və buyurub:

Həccin əsl sovqatı Quran tilavəti, namaz qılmaq, Məscidül-Həramda təvaf etməkdir və dəyərli vaxtı boş işlərə sərf etmək olmaz.

Həccin İslam ümmətinin birliyinin təzahürü olduğuna işarə edən Həzrət Ayətullah Xamenei deyib:

Müsəlmanların vəhdəti məsələsinin pozulmaması üçün hər cür səy göstərilməlidir, çünki ixtilaf yaratmaq, xüsusən də şiə və sünni arasında ixtilaf yaratmaq ingilislərin hiylələrindən biridir.

İslam İnqilabının Rəhbəri digər ölkələrdən olan zəvvarlar ilə xeyirxah və maarifləndirici təmasları, Qurandan və gözəl qiraətlərdən istifadəni vəhdətin artmasına əsas kimi göstərərək, sionistlərin İslam dünyası və bəşəriyyət üçün bir bəla olduğunu vurğulayıb:

Sionistlərin sui-qəsd və planlarını ifşa etmək həccdə vacib vəzifələrdən biridir.

Millətlərin iradəsinə zidd və ABŞ-ın istəyinə uyğun olaraq sionist rejimlə münasibətləri normallaşdırmağa gedən ərəb və qeyri-ərəb hökumətləri bilməlidirlər ki, bu normallaşdırmaların sionist rejimin istismarından başqa, heç bir nəticəsi olmayacaq..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − six =