Sionist rejim Qəzzədəki hərbi təlimlərə mane ola bilmədi

Sionist rejim Qəzzədəki hərbi təlimlərə mane ola bilmədi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Siyasi analitik və İsrail məsələləri üzrə ekspert Tel-Əvivin Qəzzədə müqavimət qruplarının geniş bir təlimini süquta uğratmaq cəhdlərinin uğursuz olduğunu söylədi.

Çərşənbə günü Fələstin Məlumat Mərkəzinin verdiyi məlumata görə, Adnam Əbu Amir bir radio müsahibəsində belə dedi: Fələstinli müqavimət qruplarının Qəzzə zolağındakı ortaq hərbi təlim və manevrini İsrailin siyasi və hərbi dairələri və Sionist mediası yaxından izlədi və rejim bu manevri məğlubiyyətə uğratmaqda istədi, amma uğursuz oldu.

Bu təlimlərin müqavimətin Sionist rejimlə qarşılaşmaq üçün hər zamankından daha hazır olduğunu sübut etdiyini söylədi.

Fələstinli müqavimət qrupları, Çərşənbə axşamı günü Qəzzədə Furqan müharibəsinin (2008-ci ildəki 22 günlük müharibə) ildönümündə geniş bir hərbi təlim keçirdi.

Bu təlim Sionist rejimin Qəzzə zolağına qarşı müharibəsinin onikinci ildönümünə təsadüf edən Qəzzə zolağındakı ilk və ən geniş müdafiə təlimidir. Bir günlük təlimdə 12 fərqli fələstinli müqavimət qrupu iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − four =