Sionist rejim Qəzzaya yaxın bölgədə yeni şəhərcik tikir
Sionist rejim Fələstinin işğal olunmuş ərazilərində Qəzzanın 7 kilometrliyində yeni şəhərcik tikməyi qərara alıb.
Maide.Az İQNA -a istindala xəbər verir ki, işğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bu haqda açıqlama verib və bu qərarın önəmli bir qərar olduğunu açıqlayıb.
B.Netanyahu işğal altındakı Fələstinin cənub hisssəsində sionist yaşayış yerlərinin inkişaf etdirilməsinə davam etməli və Qəzza yaxınlığındakı Sedirut və Netifut qəsəbələrində yeni şəhərciyin tikilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, inşa ediləcək yeni şəhərcik işğalçı rejimin son illər ərzində həmin bölgədə tikiləcək ilk yaşayış massividir. Orada 500 sionist ailə yerləşdiriləcək.
Yeni şəhərciyin “Hanun” olaraq adlandırılacağı bildirilib. İşğalçı rejim şəhərciyin salınması üçün hazırlıq işlərinin görülməsinə 296 min dollar vəsait ayırıb.