Sionist rejim qırıcıları bir daha Dəməşq ətrafını hədəfə aldı
Suriya mediaları ölkədə siyasi dəyişikliklərlə eyni zamanda sionist rejim qırıcılarının Dəməşq ətrafını bombardman etdiyindən xəbər verir.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim qırıcıları bu gün (14 dekabr) Suriyaya hücumlarının davamında Həma, Dəməşq və Suveydanın bəzi bölgələrini bombalayıblar.
Məlumata görə Həmanın qərbində yerləşən Masyaf bölgəsindəki hərbi baza da bombalanıb. İsrail ordusu bir sıra yeni hücumlarda Suriyanın cənubundakı Suveyda şəhərinin yaxınlığındakı Qasyun dağı yüksəkliklərini və Xəlxələ hava limanını bombalayıb. Suriya İnsan Haqları Müşahidə Qrupu da İsrail ordusunun Dəməşqdə Suriyanın dördüncü diviziyasının qərargahını güclü partlayıcı raketlərlə hədəfə aldığını bildirib.