Sionist rejim Qüdsdə bir fələstinli şəhidin evini dağıdıb

Sionist rejim Qüdsdə bir fələstinli şəhidin evini dağıdıb

Sionist rejim əsgərləri Şuəfat düşərgəsində fələstinli şəhid Ədi Ət-Təmiminin ailəsinin evinə basqın edərək, onu yerlə-yeksan ediblər.

Məlumata görə, sionist əsgərlər bu çərşənbə səhəri ötən dekabr ayındakı “Ədumim” əməliyyatının rəhbəri Ədi Ət-Təmiminin evinə basqın ediblər.

Bu fələstinli şəhidin atası bildirib ki, sionist əsgərlər onların yaşayış binasının altıncı mərtəbəsində yerləşən evlərinə hücum edərək, onu dağıtmağa başlayıblar.

“Fələstin Əl-Yəvm” saytının məlumatına əsasən, bundan əvvəl sionist rejim mediası iddia etmişdi ki, bu rejim ordusu Şuəfat keçidi və Ədumim əməliyyatının icraçısı Ədi Ət-Təmiminin evinin sökülməsini təxirə salır.

Sözügedən media Tel-Əvivin bu qərarının səbəbinin sionist rejimin baş naziri Binyamin Netanyahu ilə İordaniya kralı II Abdullah arasında keçirilən görüş olduğunu iddia etmişdi.

Digər tərəfdən, İordan çayının qərb sahilinin şimalında bir fələstinli gənc İsrail əsgərləri tərəfindən öldürülüb.

Sionist rejimin mediası bir xəbərdə bu gəncin soyuq silahla sionist əsgərlərə hücum etmək niyyətində olduğunu iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + fourteen =