Sionist rejim qüvvələri jurnalistləri döyüb və soyundurub

Sionist rejim qüvvələri jurnalistləri döyüb və soyundurub

Qətərin “Əl-Cəzirə” telekanalı sionist rejim ordusunun bu telekanalın müxbiri İsmayıl əl-Ğulu və bir sıra digər jurnalistləri 12 saatlıq həbsdən sonra azad etdiyini bildirib.

Sionist rejim bu müxbiri bazar ertəsi səhər saatlarında sionist rejim qüvvələrinin Qəzza şəhərindəki Şəfa xəstəxanasına hücumu zamanı həbs edib.

İsmayıl əl-Ğul azadlığa çıxdıqdan sonra sionist rejim əsgərlərinin onu və digər jurnalistləri 12 saat çılpaq və gözləri bağlı saxladıqlarını vurğulayıb.

Onun sözlərinə görə, sionist rejimin əsgərləri onu həbs etməzdən əvvəl şiddətli şəkildə döyüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 9 =