Sionist rejim Şəhid Xodayinin qətlini etiraf edib

Sionist rejim Şəhid Xodayinin qətlini etiraf edib

Sionist rejim rəsmiləri şəhid Səyyad Xodayinin öldürülməsinin bu rejimin agentlərinin işi olduğunu bəyan ediblər.

 “The New York Times” qəzetinin məlumatına görə, bəzi xəbərlər sionist rejim rəsmilərinin şəhid Səyyad Xodayinin öldürülməsinin bu rejimin agentlərinin işi olduğunu bəyan etdiklərinə işarə edir.

Sionistlərin bu məsələ ilə bağlı Amerika rəsmilərinə məlumat verdiyi bildirilir.

 “The New York Times” yazır ki, Naftali Bennetin sözçüsü şərh verməsə də, məlumatlı bir rəsmi Tel-Əvivin Vaşinqtonu xəbərdar etdiyini bildirib. İnqilab Keşikçiləri polkovniki Şəhid Həsən Səyyad Xodayi bazar günü Tehrandakı küçələrin birində və evinin qarşısında ABŞ və sionist rejim ünsürləri tərəfindən güllələnib.

 “The New York Times” Tel-Əviv rəsmilərinə istinadən yazıb ki, Şəhid Xodayi İsrail qüvvələrinə qarşı gizli bölməyə komandanlıq edib. Adı açıqlanmayan ABŞ kəşfiyyat rəsmisinin sözlərinə görə, israillilər amerikalılara deyiblər ki, bu sui-qəsdin məqsədi SEPAH-ın Qüds qüvvələrinin “840-cı bölməsi” adlı İsrail qüvvələrinə qarşı fəaliyyət göstərən gizli qrupun əməliyyatları dayandırması ilə bağlı İrana xəbərdarlıq etməkdir.

 “The New York Times” bəzi analitiklərə istinadən yazıb ki, bu iddialar ABŞ-ın nüvə müzakirələri zamanı İranla razılığa gəlməsinin qarşısını almaq və SEPAH-ı ABŞ terrorçu siyahısından çıxarmağa mane olmaq üçün irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + twenty =