Sionist rejim Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə təbrik edib

Sionist rejim Səudiyyə Ərəbistanının Milli Günü münasibətilə təbrik edib

Sionist rejimin Xarici İşlər Nazirliyi misli görünməmiş bir addımla bu ölkənin hökumətini Səudiyyə Ərəbistanının Milli Günü adlanan 92-ci ildönümü münasibətilə rəsmi və açıq şəkildə təbrik edib.

Sionist rejimin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin istiləşməsinə uyğun olaraq, Səudiyyə Ərəbistanının Milli Günü adlanan günün ildönümü münasibətilə Səudiyyə Ərəbistanı hökumətini təbrik edib.

Sionist rejimin Xarici İşlər Nazirliyinin rəsmi hesabı ərəb dilində “Twitter” səhifəsində yazıb: “Biz Səudiyyə Ərəbistanının kralını, hökumətini və xalqını bu ölkənin Milli Gününün ildönümü münasibətilə təbrik edirik və ümid edirik ki, sülh, əməkdaşlıq və mehriban qonşuluq mühiti region xalqlarının xidmətində olacaq.”

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasını “mümkün” kimi qiymətləndirən çıxışında bir daha bu hadisənin Yaxın Şərqdəki münaqişəyə son qoya biləcəyini iddia etmişdi.

Digər tərəfdən, Səudiyyə rəsmiləri nə İsrail Xarici İşlər Nazirliyinin təbrikinə, nə də Benyamin Netanyahunun “qeyri-rəsmi” normallaşma ilə bağlı şərhlərinə münasibət bildirməyiblər.

Sionist “Maariu” qəzetinin müxbiri Şahir Birdişevski ABŞ-ın barışıq danışıqlarındakı keçmiş nümayəndəsi Martin İndikə istinadən verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Vaşinqtonun Ər-Riyadın təhlükəsizliyinə zəmanət verməsi müqabilində İsraillə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.

O aydınlaşdırıb: Səudiyyəlilər İsrailin Vaşinqtonu Səudiyyə Ərəbistanının tələblərini yerinə yetirmək üçün razı sala biləcəyini proqnozlaşdırır və bu məsələ Ər-Riyad və Tel-Əviv arasında münasibətlərin normallaşmasının əsas təyinedicisidir.

Amerikanın “Foreign Policy” jurnalı yazıb ki, sionist rejimin baş naziri “Binyamin Netanyahu ABŞ-ın silah satmaqla Səudiyyə Ərəbistanına dəstək verməsi bu ölkəni Tel-Əvivlə münasibətləri normallaşdırmağa sövq edə biləcəyinə inanır.

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərin normallaşması istiqamətində günü-gündən daha çox addımlar atır və Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ərəb ölkələrində İsraillə münasibətlərin normallaşmasını qəbul etmək üçün siyasi və ictimai mühitin hazırlanmasına yönəlmiş tədbirlər görür.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın bu yaxınlarda Fələstin dövlətinin yaradılmasına dair razılaşmanın “İsrail ilə rəsmi diplomatik əlaqələrin qurulması üçün ilkin şərt olacağını” vurğulamışdı.

Yüksək rütbəli Səudiyyə rəsmiləri həmçinin bəyan ediblər ki, bu ölkənin İsraillə barışması yalnız zaman məsələsidir, lakin Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında yaxınlaşmanın ən son və ən bariz göstəricisi Netanyahunun Səudiyyə Ərəbistanı kanalına müsahibəsi olub.

Sionist media orqanı “Məariyu” elan edib: İsrail son zamanlar Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesini sürətləndirib və bu proses ABŞ-ın dəstəyi ilə həyata keçirilir.

Bu çərçivədə İsrailin I24 News kanalı Səudiyyə Ərəbistanının Tel-Əvivlə münasibətləri normallaşdırmaq üçün Benyamin Netanyahunun andiçmə mərasimindən sonra bir müddət keçməsini gözlədiyi xəbərini dərc edib.

 Müşahidəçilər hesab edir ki, Səudiyyə Ərəbistanı və onun gənc vəliəhdi Donald Tramp dövründə sionistlərlə kompromis sazişi imzalamaq üçün Səudiyyə Ərəbistanı və bütün ərəb ölkələrinin ictimai rəyinə zəmin hazırlamağa cəhd edən Netanyahunun hakimiyyətə qayıdışını yaxşı fürsət hesab edir.

Vaşinqton Amerika Araşdırmaları Fondunun yeni sorğusunun nəticələrinə görə, sionist rejim ilə BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması məsələsi ilə bağlı bu ölkələrin əhalisinin üçdə ikisindən çoxu sionist rejimlə münasibətlərin normallaşdırılmasına dair razılaşmalara qarşı çıxırlar.

Bu sorğunun nəticələri göstərir ki, Səudiyyə xalqının 75%-i işğal rejimi ilə münasibətlərin normallaşmasına qarşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 15 =