Sionist rejim Səudiyyənin Böyük Uləma Şurasını təriflədi

Sionist rejim Səudiyyənin Böyük Uləma Şurasını təriflədi

Səudiyyə rejiminin Böyük Uləma Şurasının Misirin Müsəlman Qardaşları (İxvanul müslimin) təşkilatını rəsmi şəkildə terror təşkilatı adlandırmasından sonra, İsrail rejiminin Xarici İşlər Nazirliyi bu hərəkəti alqışlayıb və təqir edib.

Deyerler.org xəbər verir ki, İsrail rejiminin Xarici İşlər Nazirliyi Twitter-dəki ərəbcə səhifəsində bunları yazıb: “Biz dinin (başqalarına) və fitnəyə təhrik etmək üçün istifadə edilməsinə qarşı bu şəkildə mübarizə apardığınızın şahidi olduğumuz üçün çox şadıq. Şübhəsiz ki, səmavi dinlər insanlar arasında sevgi və məhəbbət yaymaq üçün nazil olmuşdur.

Bütün bölgənin böyüməsi üçün tolerantlığa və əməkdaşlığa səsləyən ədəbiyyata ehtiyacımız var”.

XİN-in bu tərifləri bəzi ərəb ölkələrinin son illərdə sionist rejimlə münasibətləri normallaşdırmaq siyasətinə uyğundur.

Səudiyyə rejiminin Müsəlman Qardaşları terror təşkilatı olduğunu iddia etsə də, Yəmənə qarşı Səudiyyə rejimi koalisiyasının altı və ya yeddi ildir davam etdirdiyi təcavüzkar müharibə ərzində Müsəlman Qardaşlarının Yəməndəki qolu olan İslah Partiyası ilə əməkdaşlıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 10 =