Sionist rejim Sinvar haqqında məlumat üçün siqaret çəkənlərə rüşvət verir

Sionist rejim Sinvar haqqında məlumat üçün siqaret çəkənlərə rüşvət verir

 Sionist rejim acizliyi onları Xan Yunisdəki “Əl-Məvasi” və Qəzzənin cənubundakı “Deyr əl-Bələh” çimərliyi yaxınlığında yaşayanlara siqaret rüşvət verməyə məcbur edib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim artıq Yəhya Sinvar və digər Həmas rəsmilərini dronlarla tapa bilməyəcəklərinə əmin olub və yeganə çarəni rüşvət verməkdə görüblər. Belə ki, onlar bu gün (12 avqust) Əl Məvasi və Deyr Əl Bələh zonasında siqaret olan vərəqlərdə Həmas əleyhinə sözlər yazıb dronla atıblar.

Əlbəttə İsrailin Həmas liderlərinə qarşı qızışdırıcı vərəqələr yayması ilk dəfə deyil. Amma bu rejim ilk dəfədir ki, Qəzzada sayca çox olan siqaret çəkənlərin ehtiyacından istifadə edərək Yəhya Sinvar və ya digər Həmas liderlərinin gizləndiyi yer haqqında məlumat almağa çalışır.

Bu vərəqələrdə belə yazılıb: “Siqaret çəkmək təhlükəlidir, lakin Həmas daha təhlükəlidir”, yaxud “Həmas Qəzzanı yandırır”; Təbii ki, sionist rejimin casus təşkilatının WhatsApp nömrəsi ilə, onun vasitəsilə Qəzzə əhalisi bu təşkilatla əlaqə saxlaya bilər.

Qeyd edək ki, Qəzza müharibəsi başlayandan bəri yerli siqaretlərin hər qutusunun qiyməti 20 dollara bərabər olan 50-70 şekelə, xaricdən gətirilən siqaretlərin qiyməti isə 35 dollardan çox olan 135 şekelə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + one =