Sionist rejimdən sərt çağırış: “Heç bir danışıqlar, heç bir ümid — dərhal başla”

Sionist rejimdən sərt çağırış: “Heç bir danışıqlar, heç bir ümid — dərhal başla”

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Sionist rejimin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Gvir son açıqlaması ilə bölgədə gərginliyi daha da artırıb. O, münaqişənin həlli üçün diplomatik yolun mümkün olmadığını bildirərək, tam güc və maksimum intensivliklə hərbi əməliyyatlara çağırıb.

“Yetər artıq. Bu sonudur. Heç bir danışıqlar, heç bir ümid yoxdur. Tam güclə, maksimum intensivliklə hərəkət edin. İndi başlayın,” – deyə Ben-Gvir bildirib.

Sionist rejim Naziri həmçinin münaqişə bölgəsinin tam mühasirəyə alınması və “sonuna qədər müharibə” çağırışı edib. Onun “emiqrasiyanın təşviqi” ilə bağlı fikirləri isə insan haqları baxımından narahatlıqları gündəmə gətirib.

Bu bəyanat Sionist rejimin təhlükəsizlik siyasətində radikal dönüş kimi qiymətləndirilir və regional sabitliyə dair ciddi suallar doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =