Sionist rejimi Əl-Əqsa məscidinin imamını həbs etdi

Sionist rejimi Əl-Əqsa məscidinin imamını həbs etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejimi 10 mart çərşənbə günü Əl-Əqsa məscidinin imamı və Qüdsdəki Ali İslam Şurasının rəhbəri Əkrəmə Səid Səbrinin evinə hücum edərək onu həbs edib. 

Fələstin xəbər agentliyi “Məa” bu xəbəri yayımlayaraq belə yazıb: “Kəşfiyyat qüvvələri və sionist rejim polisi, bu gün Şeyx Əkrəmə Səbrinin “Əs-Səvanə” məhəlləsindəki evinə hücum edərək onu həbs etmişlər. Polislər saxlanma səbəbi və harada dindiriləcəyi barədə heç bir izahat vermədən onu özləri ilə aparıblar.”

Əl-Əqsa məscidinin imamı, Fələstin müqavimətini dəstəkləmək, bəzi ölkələrlə sionist rejim arasında münasibətlərin normallaşmasına qarşı çıxmaq və qanunsuz sionist məskunlaşmalarına etiraz etmək və s. kimi müxtəlif bəhanələrlə dəfələrlə həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − eight =