Sionist rejimi Fələstinli nümayəndələri təhdid edib

Sionist rejimi Fələstinli nümayəndələri təhdid edib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail hərbiçiləri çərşənbə axşamı səhər Naif Ər-Rəcub və Səmir Əl-Qazi də daxil olmaqla İordan çayının qərb sahilindəki bir sıra Fələstinli millət vəkillərinin evlərinə basqın edərək onları təhdid ediblər.

Yerli mənbələr Sionist rejimin fələstinli millət vəkillərini parlamentə namizəd olacaqları təqdirdə əsir olunacaqları ilə hədələdiyini bildirib.

Sionist rejimi İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə yaşayan fələstinlilərin arasında qorxu və vəhşət yaratmaqla onların seçkilərə qatılmasının qarşısını almağa çalışır.

Son aylarda əsir götürülən bir sıra fələstinli millət vəkilləri Sionist rejimi tərəfindən təhdid edilərək seçkilərə qatılmalarının qadağan edildiyini söyləyiblər.

2006-cı il seçkilərində HƏMAS-ın böyük səs çoxluğu ilə qələbəsindən sonra, Sionist rejimi 60 fələstinli nümayəndəni əsir götürmüşdü. Onlardan bəziləri bir müddət sonra sərbəst buraxılmış, 11 nəfəri isə hələ də əsirlikdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =