Sionist rejimi İran ticarət gəmisinə hücumda əsas müttəhimdir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “Noor News” xəbər agentliyinin müxbirinin, “İran Şəhrikord” ticarət gəmisinə hücumun təsirlərini araşdıran texniki qrup üzvlərindən biriylə müsahibədən əldə etdiyi məlumata görə sionist rejiminin bu terror aktında əli olması ehtimalı çox güclüdür.
10 Mart çərşənbə günü, Aralıq dənizinin beynəlxalq sularında İrandan Avropaya gedərkən partlayıcı maddənin düşməsi səbəbiylə İran İslam Respublikası Gəmiçilik Şirkətinə məxsus “İran Şəhrikord ” konteyner daşıyan gəmisində yanğın baş verib.
“Noor News”-a müsahibə verən mütəxəssis, hündürlükdən düşən partlayıcı maddənin gəminin göyərtəsindəki bir neçə konteynerə toxunduğunu qeyd edərək partlayıcı mərminin uçan vasitədən atıla biləcəyini söyləyib.
O, belə əlavə edib: “Coğrafi mövqeyi və gəminin hədəfə alınma üsulunu nəzərə alsaq, güclü ehtimallardan biri də bu terror əməliyyatının sionist rejimi tərəfindən həyata keçirilməsidir.”