Sionist rejimi Qəzza zolağına peyvənd göndərilməsinin qarşısını aldı

Sionist rejimi Qəzza zolağına peyvənd göndərilməsinin qarşısını aldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin Səhiyyə naziri Mey Əlkilə bazar ertəsi etdiyi açıqlamada Sionist rejiminin koronavirus peyvəndinin Qəzza zolağına göndərilməsinə mane olduğunu söyləyib.

Səhiyyə naziri bu qəddar, beynəlxalq protokolları, qanunları və razılaşmaları pozan addıma görə sionist rejiminin məsuliyyət daşıdığını qeyd edib.

Mey Əlkilə əlavə edib: “Qəzza zolağına göndərilməsi üçün tədarük görülən 2000 doza Sputnik V peyvəndinin bu gün işğalçı Sionist rejimi tərəfindən Qəzza zolağına gətirilməsi əngəlləndi.”

O, bu peyvəndlərin Covid-19 xəstələrinin reanimasiya şöbəsində və təcili tibbi yardım şöbəsində fəaliyyət göstərən tibb işçiləri üçün nəzərdə tutulduğunu da vurğulayıb.

Bundan öncə Knesset (Sionist parlamenti) xarici işlər və təhlükəsizlik komitəsinin üzvləri bir iclasda müqavimət qüvvələrinin əsirliyində olan iki sionist əsgər sərbəst buraxılana qədər koronavirus peyvəndinin Qəzza zolağına göndərilməsinə icazə verməyəcəklərini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 3 =