Sionist rejimi seçkilərinin ilkin nəticələri: Netanyahu yenə də koalisiyaya möhtacdır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, The Jerusalem Post qəzeti İsrail Baş Naziri Benyamin Netanyahunun, otuz illik siyasi fəaliyyəti dövründə yeddinci dəfə yenə də tək başına bir kabinet qura bilməyəcəyini söyləyib. Çünki səslərin 89%-nin sayılmasına əsasən seçkilərin ilkin nəticələri Likud, Şas, Tövrat yəhudilyi və Dini Sionizm partiyaları da daxil olmaqla Netanyahunun rəhbərlik etdiyi sağ koalisiyanın Naftali Bennettin Yamina partiyası ilə birlikdə 59 yer qazandığını göstərir.
Son nəticələrə görə Likud partiyası Knessetdə 30, Yeş Atid partiyası 18, Şas partiyası doqquz, Mavi və Ağ partiya səkkiz, Tövrat Yəhudiliyi partiyası, Fəhlə və Yamina partiyası hər biri yeddi, İsrail Evimiz, Dini Sionizm və Yeni Ümid hər biri altı, Meretz partiyası isə beş yer əldə edib.
Çərşənbə axşamı keçirilən bu seçkilərdən sonra referendumun nəticələri, iki ildən az bir müddətdə dördüncü dəfə İsrailin növbəti siyasi dalana qapıldığını və qısa bir zamanda beşinci seçkinin də keçirilmə ehtimalı olduğunu göstərir.