Sionist rejimi tənqid edən millət vəkili Amerika Konqresinin komitəsindən xaric edilib

Sionist rejimi tənqid edən millət vəkili Amerika Konqresinin komitəsindən xaric edilib

Sionist rejimin tənqidçisi olan ABŞ Konqresinin müsəlman nümayəndəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən xaric edilib.

ABŞ Konqresinin Respublikaçı nümayəndələri müsəlman konqresmen İlhan Ömərin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən çıxarılmasına səs veriblər.

İlhan Ömər sionist rejimi tənqid edənlərdən biridir və onun bu komitədən qovulması Öməri parlamentdən çıxarmağa çalışacağına çoxdan söz vermiş Nümayəndələr Palatasının Respublikaçı spikeri “Kevin Makkarti”nin qələbəsi hesab olunur.

İlhan Ömərin vəzifədən uzaqlaşdırılmasını tələb edən qətnamənin lehinə 218, əleyhinə isə 211 səs toplanıb.

Nümayəndələr öz partiyalarına uyğun olaraq bu qətnaməyə səs veriblər, belə ki, demokratlar buna qarşı çıxıb, respublikaçılar isə lehinə səs verib.

Bu qətnamənin müəllifi Nümayəndələr Palatasının yəhudi üzvü, sionist rejimin qatı tərəfdarı olan “Maks Miller” olub. Bundan əvvəl o, İlhan Ömərin sionist rejimi tənqid etməsini “antisemitizm” adlandırmışdı.

Bu qətnamənin bir hissəsində qeyd olunur ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi bütün dünyada milli və beynəlxalq əhəmiyyətli məsələlərdə Konqresin səsini əks etdirən bir qurum kimi görünür.

İlhan Ömər isə tutduğu mövqelərlə bu komitədə iştirak etmək hüququndan məhrum olub.

Somali mühaciri və ABŞ Konqresinin iki müsəlman nümayəndəsindən biri olan İlhan Ömər bu səsvermədən əvvəl özünü müdafiə edərək deyib:

“Belə bir fikir var ki, əgər siz mühacirsinizsə və ya dünyanın müəyyən bir yerindənsinizsə və ya müsəlmansınızsa və ya müəyyən dəri fərqiniz varsa, şübhə altındasınız.”

O, əlavə etdi: “Yaxşı, mən müsəlmanam, mühacirəm və maraqlısı odur ki, Afrikadanam. Görəsən, mənim hədəfə alındığım üçün kimsə təəccüblənirmi?

Amerikanın xarici siyasəti haqqında danışmağa layiq olmadığım kimi qələmə verilməyim kimdəsə təəccüb doğururmu?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − thirteen =