Sionist rejimin Əl-Əqsa məscidinin bünövrəsi altında yeni qazıntısı – Foto

Sionist rejimin Əl-Əqsa məscidinin bünövrəsi altında yeni qazıntısı – Foto

Bu gün Fələstin mediası Qüdsün yəhudiləşdirilməsinin davamında sionist rejimin Əl-Əqsa məscidinin təməlləri altında apardığı yeni qazıntıların şəkillərini dərc edib.

Bu gün (29 may bazar ertəsi) Fələstin mediası Əl-Əqsa məscidinin yaxınlığında yerləşən bu həyətin yəhudiləşdirmə planlarının davamı olaraq Əl-Bərraq həyətində yeni qazıntıların aparıldığını bildirib.

Ötən həftə sionist rejimin Nazirlər Kabinetinin təxribatçı və təhlükəli bir hərəkətlə Əl-Bərraq divarının altındakı tunellərdən birində və Qüds şəhərinin yəhudiləşdirilməsi planlarını təsdiqləmək üçün həftəlik iclasını keçirib.

Bu, 2017-ci ildən bəri sionist rejimin Məscidül-Əqsa nəzdindəki kabinetinin ikinci iclası idi və bu iclasda Əl-Bərraq divarı və Qüdsün köhnə hissəsinin altında tunellərin qazılması üçün 17 milyon dollarlıq büdcənin artırılması barədə razılığa gəliblər.

Sionist xəbər saytı “Ynet” sionist rejimin turizm naziri Haim Katza istinadən yazıb ki, Bərraq divarı üçün əvvəllər 4 milyon şekel olan büdcə 2023-cü ildə 8 milyon şekelə çatdırılacaq.

Sionist rejimin 7-ci kanalı da yazıb ki, bu toplantıda Meir Baruşun sədrliyi ilə Böyük Müqəddəs məkanın işləri üzrə nazirlər komitəsinin yaradılması razılaşdırılıb. Bu komitənin yaradılmasında məqsəd Qüdsün yəhudiləşdirilməsidir.

İndiyə qədər Qüdsdəki Vəqflər və İslam İşləri Şurası dəfələrlə elan edib ki, İsrail Qədim Əsərlər İdarəsi və “Əl-Ad” məskunlaşma birliyi Əl-Əqsa məscidi ətrafında, xüsusən də Əl-Bərraq divarı və Əməvi saraylarında cənub və qərb istiqamətlərində şübhəli və gizli qazıntılar aparır.

Sionist rejimin Məscidül-Əqsa altında apardığı qazıntıların onun təməllərini ciddi şəkildə təhdid etdiyi bir vaxtda, qurumlar və məsul şəxslər İsrailin Məscidül-Əqsa altında davamlı qazıntıları nəticəsində yeni çatların yarandığını bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × four =