Sionist rejimin 10 əsgəri Əl-Qəssam tərəfindən öldürülüb
HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadaları bu gün Qəzzada 10 sionist əsgərin öldürüldüyünü açıqlayıb.
Xəbər Online-ın məlumatına görə, bu batalyonlar elan ediblər: Mücahidlərimiz bir qrup işğalçı hərbçi ilə toqquşma zamanı onlardan 10 nəfərini uzaq məsafədən öldürməyə nail olublar.
Əl-Qəssam batalyonları bu itkilərin düşmənə Xan Yunisin şərqindəki Absan Əl-Kəbirə bölgəsində verildiyini bildirib.
İSNA-nın məlumatına görə, bu batalyonlar həmçinin Absan bölgəsində sionist rejimin piyadaları arasında piyada əleyhinə minanın partladılması nəticəsində bu rejim əsgərləri arasında bir neçə ölü və yaralı olduğunu elan ediblər.
Əl-Qəssam Briqadaları bir qədər əvvəl sionist rejimin casusluq kvadrokopterini nəzarətə götürdüyünü açıqlayıb.