Sionist rejimin aparteid siyasətinə qarşı dünya akademiklərinin mövqeyi

Sionist rejimin aparteid siyasətinə qarşı dünya akademiklərinin mövqeyi

Beynəlxalq Akademik Kampaniya bəyanat dərc etməklə, sionist rejimi akademik boykot etməyə və onun elmi proqramlarında iştiraka qadağa qoymağa çağırıb.

Mehr xəbər agentliyinin Elyumun rəyinə istinadla verdiyi məlumata görə, dünyanın 250-dən çox akademiki Fələstin xalqı ilə həmrəy olduqlarını bəyan edərək, sionist rejim əleyhinə bəyanat yayıblar.

 “Beynəlxalq Akademik Kampaniya”nın yaydığı bu bəyanatda akademiklər sionist rejimin akademik boykot edilməsini, onun elmi proqramlarında iştirakın qadağan edilməsini və həmçinin bu rejimin hava limanlarından istifadə edilməməsini tələb ediblər.

Akademiklər bu bəyanatı sionist rejimin Fələstin xalqına qarşı təcavüzünün artması və aparteid siyasətinə cavab olaraq veriblər.

Bu kampaniyanın baş katibi “Ramzi Odeh” Beynəlxalq Akademik Assosiasiyanın sionist rejimə qarşı akademik boykotun aktivləşdirilməsi və onun hava limanlarından istifadəsinin qarşısının alınmasında qərarlı olduğunu vurğulayıb.

Bundan əvvəl Amerika Tədqiqatları Assosiasiyası, Asiya-Amerika Araşdırmaları Assosiasiyası və digər tanınmış akademik qurumlar da oxşar siyasət yürüdərək sionist rejimi boykot etmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + nineteen =