Sionist rejimin bugünkü hücumları zamanı Hizbullahın ikinci komandiri şəhid oldu

Sionist rejimin bugünkü hücumları zamanı Hizbullahın ikinci komandiri şəhid oldu

 Livan informasiya qaynaqları sionist rejimin Livanın cənubunda avtomobilə hücumu və Hizbullahın səhra komandirlərindən birinin şəhid olmasından xəbər veriblər.

Əl Aləm telekanalının məlumatına əsasən, Livan mənbələri bu gün (3 iyul)  İsrail hava qüvvələri “Əl-Huş” məntəqəsində bir avtomobilə hücum etdiyi və bu hücum nəticəsində iki nəfərin yaralandığını elan ediblər.

Digər tərəfdən, sionist rejimin ordu radiosu Livana hücum zamanı Hizbullahın tanınmış komandirinin şəhid etdiklərini iddia edirlər.

“Əl-Cəzirə”nin müxbiri həmçinin təhlükəsizlik mənbəsinə istinadən bildirib: “Hizbullah”ın “Əziz” bölməsinin komandirlərindən olan “Əbu Nəəma Nasir” İsrail rejiminin Livanın cənubuna təcavüzkar hücumunda şəhid olub.

Bir neçə saat əvvəl Hizbullah Livanın cənubundakı əl-Mənsuri qəsəbəsindən Həməd Həsən Xəşabın şəhadətini elan edib və onun Qüds yolunda şəhid olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 16 =