Sionist rejimin bütün məqsədi Hizbullahın pilotsuz təyyarələridir

Sionist rejimin bütün məqsədi Hizbullahın pilotsuz təyyarələridir

 Hizbullah Mərkəzi Şurasının üzvü sionist hakimiyyətin Livanın islami müqavimətinə qarşı təhdidlərinə işarə edərək, bu ölkənin İsrailin islahedilməz məğlubiyyətə düçar edəcəyini vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Şeyx Nəbil Qavuq bu gün (24 iyun) deyib: İsrail rejiminin ardıcıl təhdidlərinin sayı güc deyil, zəiflik əlamətidir. Çünki təhdid və hədə-qorxu düşmənin məğlubiyyət reallığını dəyişmir.

Şeyx Nəbil Qavuq əlavə edib: İsrailin təhdidləri əks nəticələr verir. Çünki o, işğal olunmuş torpaqların şimalında və digər bölgələrində məskunlaşanlara qorxu və dəhşət gətirib. Bu təhdidlər sionistlərə təhlükəsizlik gətirmir, əksinə onları qorxu dənizində batırır. Düşmənin başçıları qorxudan titrəyərkən, ayaqları altında torpaq yanır.

Qavuq vurğulayıb: Livan güclü bir ölkədir və öz təhlükəsizliyini heç kimdən almır. Livanı qoruyan müqavimətin gücü, planlı dəqiq hesablamaları və sürprizləridir. Müqavimət raketləri və pilotsuz uçuş aparatları işğal olunmuş ərazilərin istənilən yerində hədəflərinə çata bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 4 =