Sionist rejimin “Cəbhədəki Analar” hərəkatı: Əsgərlər tükənib, orduda böhran dərinləşir!

Sionist rejimin “Cəbhədəki Analar” hərəkatı: Əsgərlər tükənib, orduda böhran dərinləşir!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Sionist İsrail ordusunda xidmət edən əsgərlərin valideynləri tərəfindən yaradılan “Cəbhədəki Analar” hərəkatı, övladlarının psixoloji və fiziki baxımdan tükəndiyini bildirərək, ordunun bu vəziyyəti görməzdən gəldiyini iddia edib.

Maariv qəzetinin məlumatına görə, İsrail ordusu əsgərlərin psixoloji problemlərini və bu problemlərdən qurtulmaq üçün irəli sürdükləri tələbləri nəzərə almır. Hərəkatın qurucusu Ayelet Hashachar Saidoff, bəzi əsgərlərin yenidən xidmətə göndərilmək istəmədiklərini, lakin bu tələbin cəza və həbs ilə qarşılandığını bildirib.

Saidoff qeyd edib ki, 2022-ci ilin avqustunda hərbi xidmətə başlayan 21 yaşlı əsgərlər hələ də orduda xidmət edir və 600 gündən çoxdur ki, Qəzzəyə hücumlarda iştirak edirlər. Onlara əlavə olaraq 4 aylıq ehtiyat xidmət çağırışı göndərilib.

Hərəkatın üzvləri Sionist ordusunun əsgərlərinə qarşı sərt münasibət göstərdiyini və onların fiziki və psixoloji tükənməsinə baxmayaraq, istirahət hüququnun tanınmadığını vurğulayıblar. Saidoff, “Savaşçılarına bu şəkildə davranan bir ordu, ‘dünyanın ən əxlaqlı ordusu’ adını çoxdan itirmişdir” ifadəsini işlədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + five =