Sionist rejimin cəmiyyəti böhranlı vəziyyətə çatdı
Sionist rejimin cəmiyyəti böhranlı vəziyyətə çatdı
Sionist rejim mediaları İsrail cəmiyyəti 2024-cü ildə imiqrasiya səbəbindən böhranlı vəziyyətdə olması barədə xəbərdarlıq ediblər.
Əl Aləm telekanalının bugünkü (7 yanvar) məlumatına əsasən, dünən sionist mediaları bir proqramda 7 oktyabr hadisələrindən sonra işğal olunmuş ərazilərdən on minlərlə sionist imiqrasiya etdikdən sonra ölkə cəmiyyətinin statistikasında böhranlı vəziyyətlə üzləşdiklərini elan edib.
Bu proqramda həmçinin ötən 2 il ərzində İsraili birtərəfli tərk edənlərin sayı pik həddə olub.
Məlumata görə bu müddət ərzində 83 min israilli ölkəni tərk edib və 24 min nəfər yenidən geri dönüb. Həmçinin 33 min əcnəbi İsrailə daxil olub.
Bu reportajda deyilir ki, İsraildə anadan olan uşaqların sayı 1,6%-dən 1,1%-ə enib ki, bu da statistikaya görə çox təhlükəli rəqəmdir.