Sionist rejimin Ceninə hücumlarında 3 şəhid və 25 yaralı var
Xəbər mənbələri bazar ertəsi səhər sionist rejimin Ceninə havadan və qurudan hücumları nəticəsində 3 fələstinlinin şəhid olduğunu və 25 nəfərin yaralandığını bildiriblər.
İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi sionistlərin Ceninə hücumları nəticəsində 3 fələstinlinin şəhid olduğunu və 25 nəfərin yaralandığını, onlardan 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Sionist media xəbər verib ki, sionist rejimin Cenin əməliyyatı başlayandan bu günə qədər bu şəhər və düşərgə 10 dəfə bombalanıb və hücumlar hələ də davam edir.
Fələstin mənbələri Cenindəki Şəhid Mahmud Təvaləbə məscidinin də bombalanaraq tamamilə dağıdıldığını bildirib.
Bu xəbərə görə, Ceninə qarşı əməliyyatda mindən çox əsgər iştirak edir və indiyədək 15 fələstinli işğalçı qüvvələr tərəfindən həbs edilib.
Fələstin müqavimət qüvvələri həmçinin Cənin şəhəri üzərində sionist orduya məxsus kvadrokopteri vurmağa nail olublar. Müqavimət qüvvələri sionistlərin zirehli maşınını da partlayıcı maddələrlə yandırıblar.
Bazar ertəsi səhəri sionist rejimin təyyarələri Cənin şəhərindəki ərazilərə və bu şəhərin düşərgəsinə hücum edib. Həmçinin sionist əsgərlər bu şəhərə bir neçə istiqamətdən hücuma keçibilər.
Bununla əlaqədar sionist rejimin radiosu ordunun sözçüsünə istinadən elan edib ki, işğalçı rejim əsgərləri Cenin şəhəri və bu şəhərin düşərgəsinə qarşı məhdud əməliyyata başlayıblar.
Sionist Kan kanalı hərbi rəsmilərə istinadən elan edib ki, Ceninə qarşı əməliyyat saatlarla və tam bir gün davam edə bilər və bu əməliyyatın məqsədi hərbi infrastrukturu məhv etmək və Fələstin silahlı qüvvələrini ələ keçirməkdir.
Digər tərəfdən, Fələstin mediası sionist rejimin Cenin şəhərinə hücumları ilə eyni vaxtda şəhərin elektrik enerjisinin kəsildiyini elan edib.
İbrani mənbələri bildiriblər ki, sionist hərbi əməliyyatların Cenində başlaması ilə Qəzza ilə sərhəddə yerləşən “Dəmir günbəz” raket əleyhinə sistem hazır vəziyyətə gətirilib.