Sionist rejimin cinayətlərinə etiraz edən 19 hollandiyalı həbs edilib

Sionist rejimin cinayətlərinə etiraz edən 19 hollandiyalı həbs edilib

Bazar ertəsi Hollandiya təhlükəsizlik qüvvələri sionist rejim və baş nazir Binyamin Netanyahuya etiraz etmək üçün Haaqa Cinayət Məhkəməsi qarşısında toplaşan 19 ictimai fəalı həbs edib.

Associated Press xəbər agentliyinin məlumatına görə, bu hollandiyalı fəallar İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS-la müharibə zamanı son hərəkətlərinə görə qınayıblar.

Bu insanların əllərində  “Netanyahu hərbi cinayətkardır” yazılmış plakatlar olub.

HƏMAS və sionist rejim arasında qarşıdurmadan sonra Hollandiyada Fələstinə dəstək üçün bir neçə mitinq keçirilib.

Beynəlxalq Cinayət Məhkəməsinin sözçüsü Sonia Rubella deyib:

Bu nümayiş Haaqa Beynəlxalq Məhkəməsinin normal fəaliyyətində heç bir narahatlıq yaratmayıb.

Polis 19 nəfəri qısa müddətə saxladıqdan sonra azad edib və sonra onlar yenidən Netanyahu əleyhinə BCM (Beynəlxalq Cinayət Məhkəməsi) binasının qarşısında keçirilən etiraz aksiyalarına qoşulublar.

Bu nümayiş Hollandiyanın Baş naziri Mark Rutte Netanyahu və Fələstin Muxtariyyət Təşkilatının prezidenti Mahmud Abbasla görüşmək üçün Yaxın Şərqə gəldiyi zaman keçirilib.

Bazar günü Fələstinə dəstək verən minlərlə Fransa və Belçika vətəndaşı bu ölkənin bayraqları və “Qəzza, Paris Batust” şüarı ilə Paris və Brüssel şəhərlərində, Fransa və Belçikanın paytaxtlarında Fələstinə dəstək nümayişləri keçirib.

 “Reuters” xəbər agentliyinin məlumatına görə, 15 minə yaxın insan Parisdəki “Respublika Meydanı”na toplaşaraq fələstinlilərlə həmrəylik nümayiş etdirib və atəşkəs istəyib.

Başqa bir Avropa ölkəsi olan Belçikada da Fələstin xalqına dəstək məqsədilə analoji nümayiş keçirilib. Belçika polisi Brüsseldəki analoji nümayişdə 12 minə yaxın insanın iştirak etdiyini açıqlayıb. Brüsseldə minlərlə insan küçələrə çıxıb, Fələstin bayrağını dalğalandırıb, Fələstinin azadlığı üçün şüarlar səsləndirib və Avropa Komissiyasının qərargahı qarşısına toplaşıb.

Bosniya və Herseqovinadan olan minlərlə insan bazar günü Sarayevoda kütləvi nümayiş keçirərək Qəzza zolağı xalqına dəstək olduqlarını bəyan ediblər. Nümayişçilər əllərində Fələstin bayraqları və Qəzza xalqına dəstək yazıları olan plakatlar tutublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 14 =