Sionist rejimin faciələrinə baxmayaraq, qəzzalılar Ramazan ayının gəlişinə sevinir

Sionist rejimin təxminən 16 aya yaxın davam edən, Qəzza zolağının fəlakət bölgəsinə çevrilməsinə səbəb olan təcavüzkar hücumları nəticəsində yaranan çətin şərtlərə baxmayaraq, Qəzza zolağındakı Fələstin xalqı Ramazan ayını sədaqətli ruhla qarşılayır.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, Qəzzada İsrailin döyüş maşını tərəfindən dağıdılan məhəllələrdən birində Fələstin xalqının Ramazan ayını qarşıladığı lentə alınıb.
Fələstin sakini bu videolentdə deyib: Hər il məhəlləni Ramazan ayına hazırlayardıq. Amma keçən il şahidi olduğumuz dağıdıcı müharibəyə görə bundan məhrum olduq. Təbii ki, Qəzzənin 90%-nin dağıdılmasına baxmayaraq bu il məhəlləni bəzəməkdə israrlıyıq və biz də öz həyatımızı və torpağımızı sevən bir xalq olduğumuzu bütün dünyaya çatdıracağıq.
Məlumata görə, bu mərasim çərçivəsində kütləvi qarşılanma və sahur, eləcə də camata namazı kimi fəaliyyətlər həyata keçirilir.