Sionist rejimin hərbi bazasının silahları oğurlanıb

Sionist rejimin hərbi bazasının silahları oğurlanıb

Sionist ordunun sözçüsü işğal olunmuş ərazilərin cənubundakı bazadan hərbi silahların oğurlandığını açıqlayıb.

Mehr xəbər agentliyinin Əd-Diyar qəzetinə istinadən verdiyi məlumata görə, “İsrael News 24” internet saytı sionist rejimin sözçüsünün bu rejimin işğal olunmuş ərazinin cənubundakı ordu bazasından oğurluq hadisəsinin baş verməsi ilə bağlı bəyanat yaydığını açıqlayıb.

Bu xəbərə əsasən, sionist ordunun sözçüsü işğal olunmuş ərazilərin cənubundakı ordu anbarlarından birindən silah və 26 min güllə oğurlandığını bəyan edib. Sionist rejimin polis qüvvələri bununla bağlı araşdırmalara başlayıb.

Bir neçə ay əvvəl ivritdilli KİV-lər Birus-Səba şəhəri yaxınlığında hərbi bazanın qarət edilməsi və 30 min silahın oğurlanması barədə məlumat vermişdilər.

Bu, ibrani dilində nəşr olunan “İsrael Hyum” qəzetinin sionist ordusunun yeni böhranla üz-üzə qaldığını açıqladığı vaxtda baş verib. Sionist rejim əsgərləri hərbi texnika, xüsusilə də gülləkeçirməz jilet çatışmazlığından əziyyət çəkirlər.

Bu xəbərə əsasən, bu günlərdə İordan çayının qərb sahilində olan sionist əsgərlər sionist ordusunun bu jiletlərin ciddi çatışmazlığı ilə üzləşdiyi üçün dəfələrlə müdafiə jiletləri olmadan döyüş meydanına göndərildiklərini bəyan ediblər.

Bu hesabatda bildirilir ki, xüsusi və zirehli bölmələrdə və paraşütçülərdə olan sionist əsgərlərin qoruyucu və gülləkeçirməz jiletlərlə təmin edilməsi çox mühüm prioritet hesab edilsə də, görünən odur ki, bu əsgərlər faktiki döyüş zamanı da belə jilet geyinmirlər.

Bir neçə həftə əvvəl Kan İvrit kanalı “Tseilim” bazası yaxınlığında keçirilən hərbi təlim zamanı İsrail ordusunun bir sıra silah-sursatının oğurlandığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − twelve =