Sionist rejimin Hizbullahla müharibə vəhşəti

Sionist rejimin Hizbullahla müharibə vəhşəti

Sionist “Haaretz” qəzeti ordunun baş qərargah rəisinin işğal olunmuş ərazilərin şimal cəbhəsinə səfəri zamanı iddia etdiyinin əksinə olduğunu açıqlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, baş qərargah rəisi Təl-Əvivin Hizbullahla müharibəyə hazırlaşdığını iddia etsə də, sionist medialar İsrailin Livan müqaviməti ilə bir cəbhədə vuruşmaqdan inanılmaz dərəcədə qorxduğundan xəbər verirlər.

Haaretz İsrail ordusundakı mənbələrə istinadən yazır: Son bir neçə gündə Cövlan və Cəliliyyədə baş verən yanğın İsrail ordusunun Livanla müharibə ilə bağlı mövqeyini  aşkara çıxardı.

Məlumatlı mənbələrə görə, sionist ordusu Qəzzada 8 ay davam edən müharibədən sonra mövcud vəziyyətinə əsasən Livana hücum hədəflərini müəyyən etmək niyyətindədir və bu, ordunun məruz qaldığı zərərin və ağır itkilərin şiddətini üstüörtülü şəkildə etiraf etməsi deməkdir.

İsrail rəsmiləri Livan Hizbullahı ilə mümkün müharibənin nəticələri barədə heç bir təsəvvürlərinin olmamasından narahat olduqlarını etiraf ediblər. Çünki Qəzzada müharibə hələ də davam edərkən, sərhədsiz müharibədə Hizbullahın raket hücumları işğal altındakı Fələstinin şimalına və mərkəzinə də ağır itkilər verməkdədir.

Məlumata görə sionistlər Livana hücum olacağı təqdirdə İran, Yəmən, Suriya və İraqın da bu müharibəyə qoşulacağından qorxurlar.

ABŞ Dövlət Departamenti də Livan və işğal altındakı Fələstin arasındakı sərhəddəki vəziyyəti həssas və qeyri-sabit adlandırıb və vəziyyətə nəzarət etməyə çalışdığını iddia edib.

Nazirlik elan edib ki, sionist kabinetin bəzi nazirləri atəşkəs rejimi istəmir və məhbusların geri qaytarılmasını prioritet hesab etmirlər.

Bu arada işğalçı rejimin daxili təhlükəsizlik naziri “İtmar Ben Guer” Livan sərhədindəki “Kəriat Şamun” qəsəbəsinə səfəri zamanı Livana hücum və Hizbullahın tamamilə məhv edilməsi çağırışı edib. O bildirib ki, bütün Livanı yandırmaq vaxtıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 15 =