Sionist rejimin İordan çayının qərb sahilindəki nəzarət-buraxılış məntəqəsi müqavimətin hədəfinə çevrilib

Sionist rejimin İordan çayının qərb sahilindəki nəzarət-buraxılış məntəqəsi müqavimətin hədəfinə çevrilib

İordan çayının qərb sahilindəki müqavimət qüvvələri cümə axşamı gecəsi İordan çayının qərb sahilində yerləşən nəzarət-buraxılış məntəqəsində sionist əsgərləri hədəfə alıb.

İRNA-nın Fələstinin “Şahab” xəbər agentliyinin verdiyi məlumata görə, müqavimət qüvvələri Nablus şəhərinin cənubundakı “Həvarə” məntəqəsində yerləşdirilən sionist əsgərləri atəşə tutmağa nail olublar.

Bu hücumun necə həyata keçirildiyi bəlli deyil.

Bu hücum yerli mənbələrin fələstinli gənclərlə sionist işğalçı qüvvələr arasında baş verən qarşıdurmada 55 nəfərin yaralandığını bildirdiyi vaxta təsadüf edir.

Fələstin Qızıl Aypara Cəmiyyəti cümə günü səhər elan edib ki, işğal olunmuş ərazilərdə cümə axşamı gecəsi baş verən qarşıdurmalarda yaralananların sayı 55 nəfərə çatıb.

Həmçinin “Muti” kimi tanınan Fələstin Statistika və İnformasiya Mərkəzi Fələstin müqavimət qüvvələrinin dünən İordan çayının qərb sahilində və işğal altındakı Qüdsdə sionistlərə qarşı 13 əməliyyat keçirdiyini açıqlayıb.

Bu hesabat əlavə edir ki, müqavimət qüvvələrinin əməliyyatları Cənin, Beyti-Ləhm, Yerixo, Tulkərim, Ramullah və Qüdsdə keçirilib.

Həmçinin bu ayın (aprel) ilk həftəsi ərzində Fələstin müqavimət qüvvələri sionistlərə qarşı 368 əməliyyat keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + fifteen =