Sionist rejimin İran və Rusiya əməkdaşlığından narahatlığı

Sionist rejimin İran və Rusiya əməkdaşlığından narahatlığı

Sionist rejimin kütləvi informasiya vasitələri İran və Rusiya arasındakı əməkdaşlığın bu rejim üçün narahatlıq doğurduğunu vurğulayıblar.

Sionist rejimin kütləvi informasiya vasitələri yuxarıda qeyd olunan əməkdaşlığın bir neçə aspektini əhatə edən at yayıb və etiraf ediblər ki, bu əməkdaşlığı dayandırmaq üçün heç bir yol yoxdur.

İsrailin “Kanal 12” telekanalının sionist analitiki Ehud Yaari Tehran və Moskva arasında intensiv məsləhətləşmələrdən narahatlığını ifadə edərək, İran və Rusiya prezidentlərinin çox qısa müddətdə dörd dəfə danışdıqlarına toxunub və deyib: Tehran və Moskva arasında mövcud əməkdaşlığı dayandırmağınheç bir yolu yoxdur.

Bir müddət əvvəl İsrail rejiminin kütləvi informasiya vasitələri Rusiya və İranın yüksək rütbəli məmurlarının görüşlərindən narahatlığını ifadə edərək bildiriblər ki, bu rejim Rusiya prezidenti Vladimir Putin və yüksək rütbəli İran rəsmilərinin görüşlərini ümumiyyətlə bəyənmir, çünki Tel-Əvivin fikrincə, sözügedən məsələlər İsrail rejiminin əleyhinə  dəyişikliklərdən xəbər verir.

Bu media izah etdi: Ruslar mallarını İran vasitəsilə Hindistana köçürdülər və faktiki olaraq Qərbin sanksiyalarından yan keçə bildilər. Həmçinin, İran və Rusiya arasında möhkəm münasibətlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında istədiyi hərbi əməliyyatı həyata keçirməsinə mane olub.

Tehran və Moskva arasında əməkdaşlıq çərçivəsində Rusiyanın “Roskosmos” kosmik agentliyi bir neçə gün əvvəl Qazaxıstandakı Baykonur kosmik bazasından Rusiyanın “Soyuz-2.1B” raketinin köməyi ilə İran peykini kosmosa göndərib.

Bundan əvvəl İran Neft Şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti enerji sahəsində anlaşma memorandumu imzalayıblar ki, bu memorandumda Moskvanın Kiş və Şimali Pars yataqlarının işlənməsinə 40 milyard dollar sərmayə qoyması, Cənubi Pars yatağının hasilatının artırılması və İranın altı neft yatağının işlənməsi nəzərdə tutulub.

Digər tərəfdən, Moskvada Yəhudi Agentliyinin Rusiyadakı fəaliyyətinin dayandırılması ilə bağlı xəbərlərin dərcindən sonra sionist rejim ilə Rusiya arasında münasibətlər son dərəcə gərginləşib və bu böhran hələ də davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =