Sionist rejimin işğal olunmuş Qolandakı casusluq mərkəzi bağlanacaq

Sionist rejimin işğal olunmuş Qolandakı casusluq mərkəzi bağlanacaq

Sionist rejimin ən böyük casusluq və kəşfiyyat mərkəzlərindən biri Hizbullahın raket hücumundan sonra bağlanmaq ərəfəsindədir.

Sionist “İsrael əl-Yəvm” qəzetinin məlumatına görə, sionist rejimin “Tal Şəmmayim” kimi tanınan ən böyük casus şarının Livan Hizbullahının raket hücumu nəticəsində məhv edilməsindən sonra radar bazası və onun nəzarət mərkəzi bağlanmaq ərəfəsindədir.

Qəzet bildirib ki, müharibə nazirliyi və ordu bu bazanı bağlamağı, onun nəzarət və əməliyyat bölməsini ləğv etməyi düşünür.

İRNA-nın məlumatına görə, sionist rejim KİV-ləri bu il mayın 14-də açıqladılar ki, Livan Hizbullahı intiharçı pilotsuz uçan aparat vasitəsilə Tiberiya gölü yaxınlığında ən böyük radar və casus mərkəzini və ən böyük casus şarının idarəetmə mərkəzini məhv edib və ona böyük ziyan vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =