Sionist rejim Livan Hizbullahının müdafiə qabiliyyətindən narahatdır
İbrani dilində çıxan “Maariv” qəzeti cümə gecəsi bir məqaləsində sionist rejim ordusunun Livan Hizbullahının müdafiə qabiliyyətindən narahat olduğunu yazıb.
Fələstin “Maa” xəbər saytının məlumatına görə, ibrani dilində çıxan “Maariv” qəzeti yazıb ki, İsrail ordusu Livan Hizbullahının hava hücumundan müdafiə doktrinasında əsaslı dəyişiklik adlandırdığı şeyi narahatlıqla izləyir.
Bu hesabata görə, bu narahatlıq Livan Hizbullahının İsrail Hərbi Hava Qüvvələrinin Livandakı hərəkət azadlığını məhdudlaşdırmaq üçün əlində olan hava hücumundan müdafiə sistemlərinin sayını iki dəfə artırmasından irəli gəlir.
Bu qəzet iddia edir: İsrail rejiminin hesablamaları göstərir ki, Hizbullah son beş ildə sahib olduğu hava hücumundan müdafiə sistemlərinin sayını iki dəfə artırıb və bu müdafiə sistemləri adətən, müasir İran sistemlərinə əsaslanır.
Bu hesabatda deyilir: Hizbullahın müdafiə qabiliyyətinin təkmilləşdirilməsi davamlı olaraq davam edir ki, bu da sionist ordusunu narahat edir.
“Maariv” əlavə edib: 2019-cu ildə Livan Hizbullahı İsrailin pilotsuz təyyarələrinin Beyrutun cənub ətrafına hücumuna cavab olaraq kəşfiyyat toplama missiyasında olan İsrailin Hermes 450 pilotsuz təyyarəsini Sam-8 raketi ilə hədəf almağa çalışıb və bu, Hizbullahın İsrailin pilotsuz təyyarələrini vurmaq təhlükəsinin başlanğıcı olub.
“Maariv”in hesabatının davamında deyilir: Sionist ordu bu hadisəni çox mühüm hesab edir və bu, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah üçün Hizbullahın sahə imkanlarını göstərmək istiqamətində stimul oldu və bundan sonra Hizbullah İsrail pilotsuz təyyarələrini vurmaq üçün daha üç cəhd edib.
Livan Hizbullahı bazar ertəsi günü elan edib ki, sionist rejimin casus pilotsuz təyyarəsi işğal olunmuş Fələstinin şimalındakı sionist “Zəriyyət” qəsəbəsindən Livanın hava məkanını pozub.
Bu bəyanata əsasən, sionist rejimin təcavüzkar pilotsuz təyyarəsi Hizbullah qüvvələri tərəfindən vurulmazdan əvvəl, təxminən, 7 kilometr orta hündürlükdə Livan səmasında patrulluq edirdi.
Sionist rejim Hizbullahın öz çəkindirmə tənliklərini tətbiq edə bilməməsinə və bu rejimin Livanda casusluq fəaliyyətlərini davam etdirə bilməsinə çalışır, lakin digər tərəfdən, Hizbullah tərəfindən pusquya düşməkdən qorxur.
Livan Hizbullahı hava döyüşündə sionist rejimin Livanın hava məkanına soxulma imkanlarını məhdudlaşdıran yeni bir tənlik qura bilib və İsrailin təhlükəsizlik və hərbi rəhbərləri də bunu etiraf edirlər.