Sionist rejimin Livan və Qəzzəyə təcavüzünün təfərrüatları

Sionist rejimin Livan və Qəzzəyə təcavüzünün təfərrüatları

Sionist rejim ordusunun sözçüsü Qəzzə zolağında 10, Livanda isə 3 mövqenin hədəfə alındığını açıqlayıb.

Mehr xəbər agentliyinin “Avixai Adrei”yə istinadən verdiyi məlumata görə, sionist rejim ordusunun sözçüsü Livan tərəfdən işğal olunmuş ərazilərə doğru minaatanlardan 34 mərmi atıldığını elan edib.

O, daha sonra iddia edib: Bu mərmilərdən 25-i İsrailin hava hücumundan müdafiəsi tərəfindən vurulub və onlardan yalnız 5-i hədəfə dəyib.

Adrei həmçinin deyib: Biz HƏMAS hərəkatının Livandan bizə qarşı hərəkət etməsinə icazə verməyəcəyik. Livan hökuməti öz ərazisindən İsrailə qarşı bu raket hücumuna görə məsuliyyət daşıyır.

O, davam edib: Ötən saatlarda Qəzzə zolağında 10, Livanda isə 3 mövqeni hədəfə aldıq.

Adrei çıxışında müqavimət qruplarının Qəzzə zolağından işğal altındakı Fələstinə doğru 44 raket atmasına işarə edərək, İsrailin bu raketlərdən 29-nu zərərsizləşdirdiyini iddia edib.

Qeyd edək ki, sionist rejim ordusu cümə axşamı günü Livanın cənubuna artilleriya hücumunu elan edib. Bu rejim dünən gecə Qəzzə zolağını da hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 19 =