Sionist rejimin Livana hücumunda 4 nəfər şəhid olub

Sionist rejimin Livana hücumunda 4 nəfər şəhid olub

Sionist rejim qırıcılarının Livanın cənubundakı Ən-Nəbtiyyə bölgəsində yaşayış binasına hücumu nəticəsində 4 nəfər şəhid olub.

İRNA-nın məlumatına görə, “Əl-Cəzirə” kanalının müxbiri ana və qız da daxil olmaqla azı 4 nəfərin şəhadətini elan edib və bu partlayışda 12-dən çox adam yaralanıb.

Bu, sionist rejimin Livanın cənubundakı yaşayış məntəqələrinə ikinci hücumu və dinc əhali və ailə üzvlərini qətlə yetirməsidir.

Bununla əlaqədar dünən axşam saatlarında Əs-Səvanə bölgəsinin bombalanması nəticəsində bir ana və 2 uşağından ibarət ailə şəhid olub.

Həmçinin, sionist rejimin döyüş təyyarələri Livanın cənub bölgələrini, o cümlədən “Ədşit”, “Əş-Şəhabiyyə”, “Əs-Səvanə” kəndlərini, “Əl-Cubur” yüksəkliklərini və “Ət-Tuffah”ı bombalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 4 =