Sionist rejimin Livanın cənubuna hücumunda 2 nəfər şəhid olub

Sionist rejimin Livanın cənubuna hücumunda 2 nəfər şəhid olub

Livanın cənubuna sionist rejimin hava hücumu nəticəsində azı 2 nəfər şəhid olub.

Əl-Mənarın bazar ertəsi səhər verdiyi xəbərə əsasən, sionist rejim qırıcıları Livanın cənubunda yerləşən Əs-Sultaniyə qəsəbəsini hədəfə alıblar.

Bu məlumata görə, bu hücumda ən azı 2 nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.

Sionist rejimin Qəzzəyə hücumları və bu rejimin soyqırımı və kütləvi qətllərindən sonra Livan Hizbullahı Fələstin xalqını dəstəklədiyini və Fələstinin şimalında sionist qüvvələrə qarşı müqavimət göstərdiyini bəyan edib və işğal olunmuş Fələstin ərazisi daxilində sionist rejimin hədəflərinə qarşı gündəlik və ağır əməliyyatlara başlayıb.

Həmçinin, bu hücumların sionist rejimin cinayətkarlığı dayanana və atəşkəs bərqərar olana qədər davam edəcəyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =