Sionist rejimin Məscidül-Əqsa ətrafında təhlükəli planı
İşğal olunmuş Qüds şəhərində yaşayan fələstinli fəal sionistlərin Məscidül-Əqsa ətrafında, xüsusilə onun cənub-şərqində həyata keçirdikləri təhlükəli planı açıqlayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumatına görə, işğal olunmuş Qüdsdə yaşayan fələstinli fəal Fəxri Əbu Diab sionist rejimin Əl-Əqsa məscidinin ətrafındakı bölgələrə, xüsusilə onun cənub-şərq hissəsinə qarşı misli görünməmiş hərəkətləri barədə məlumat verib.
Bu günlərdə işğalçılar tərəfindən Əl-Əqsa məscidinin ətrafındakı qəsəbə və kəndlərdə geniş miqyaslı dağıtma əməliyyatlarının şahidi olduğumuzu bildirən Fəxri Əbu Diab deyib: Bu planın məqsədi Əl-Əqsa şəhərini ayırmaq məqsədi ilə on minlərlə insanı bu ərazidən köçürməkdir. İşğalçı rejim Əl-Əqsa məscidi ətrafında qəsəbələr salmağa doğru irəliləyir. İşğal hərəkatı Qüdsün şimalındakı Şeyx Cərrah məhəlləsindən başlayaraq Əl-Əqsa məscidinin cənubunda Silvana qədər 38 yaşayış məntəqəsinin inşa işləri aparır. Şeyx Cərrah, Xan əl-Əhmər və Silvan ərazilərində 6800 layihə var. Bu layihələrə Silvan, Turan və Talmud bağlarında saxta qəbirlərin yaradılması, yerüstü keçid, qazıntı və tunel işləri də daxildir.