Sionist rejimin maliyyə naziri: İsrail minnət çəkib yalvarır
Sionist rejimin maliyyə naziri verdiyi açıqlamada Qəzzada atəşkəs məqsədi ilə davam edən Doha danışıqlarında bu rejim nümayəndələrinin iştirakına tənqidlə yanaşaraq bunun İsrailin yalvarması kimi dəyərləndirib.
İRNA-nın məlumatına görə, Bezalel Smotriç bu gün (15 avqust) deyib: Müzakirə qrupunun Dohaya göndərilməsi səhvdir və bunun əks nəticələri olacaq. Həmas danışıqlara nümayəndə göndərmədiyi halda bizimkilər orada danışıq aparır. Bu isə bizim onlara minnətçi göndərib yalvardığımızı göstərir.
Smotriç sonra qeyd edib: Qəzza zolağında böyük nailiyyətlər əldə etmək üçün bütün səviyyələrdə çox ağır bədəl ödədik.
Qeyd edək ki, İsrail mediası Doha danışıqlarının böyük ehtimalla gələn şənbə gününə qədər davam edəcəyindən xəbər verib.