Sionist rejimin mövcudluğuna görə iki ərəb şirkəti Bəhreyn sərgisində iştirak etməkdən imtina edib

Sionist rejimin mövcudluğuna görə iki ərəb şirkəti Bəhreyn sərgisində iştirak etməkdən imtina edib

Oman və Küveytin iki şirkəti sionist rejimin iştirakına əmin olduqdan sonra Bəhreyndə keçirilən beynəlxalq aviasiya sərgisində iştirakdan imtina ediblər.

Omanın “Salam Air” aviaşirkəti sionist rejimin iştirakını təsdiqlədikdən sonra Bəhreyndə keçirilən beynəlxalq aviasiya sərgisində iştirakını ləğv edib.

Bu Oman şirkəti öz Twitter hesabında bu sərgidə iştirakdan imtina etdiyini və sərgi salonundakı stendini ləğv etdiyini bildirdi.

Həmçinin, “Beytul-Təmvilil-Küveyti” adlı Küveytin investisiya şirkəti də sionist rejimin bu sərgidə iştirakına görə öz loqosunu bu sərginin sponsorları siyahısından çıxarıb.

Bununla əlaqədar olaraq, “Omaniyyun ziddit-tətbib” (Omanlıların normallaşdırma əleyhinə) qrupu “Twitter” səhifəsində Omanın adının sionist rejimlə barışıq sərgisinin saytından çıxarıldığını elan edib.

 “Əl-Xəlic Online” saytının məlumatına görə, sionist rejimlə güzəştə getməyə müxalif olan ərəb qrupları da bu rejimin hərbi və təhlükəsizlik şirkətlərinin noyabrın 9-da keçirilməsi planlaşdırılan Bəhreyn Aviasiya Sərgisində iştirakını pisləyiblər

 “Normallaşdırma əleyhinə Əl-Xəlic koalisiyası” dörd İsrail şirkətinin bu sərgidə iştirakını pisləyib və bu şirkətlər Sionist rejimin silahlarının dünyada təbliğ edən Hava və Kosmik Sənayesi (IAI), “MPR500” raketlərinin sahibi Elbit Sistemi, Rafael şirkəti və İsrail Müdafiə Sərgisidir (ISDEF).

Koalisiya bu İsrail şirkətlərinin Qəzzədə fələstinlilərin evlərini dağıtmaq və onlarla dinc sakini öldürmək üçün döyüş təyyarələri və müxtəlif silahlar istehsal etdiyini vurğulayıb.

Bəhreyn Beynəlxalq Aviasiya Sərgisi iki ildən bir keçirilir və ilk dəfədir ki, İsrail şirkətləri bu sərgidə iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − eight =