Sionist rejimin müharibə kabineti üzvü istefa verdi

Sionist rejimin müharibə kabineti üzvü istefa verdi

İsrailin müharibə kabinetindəki naziri Benni Qantz rəhbərlik etdiyi mərkəzçi Dövlət Düşərgəsi partiyasının birlik hökumətindən çıxdığını elan edib.

O, Baş nazir Binyamin Netanyahunu ölkədə erkən seçkinin tarixini razılaşdırmağa çağırıb.

“Biz birlik hökumətindən ayrılırıq”, – deyə Qantz xüsusi çağırılan mətbuat konfransı zamanı bəyan edib.

Qantsın partiyası hökuməti tərk etdikdən sonra Netanyahunun koalisiyası 120 yerlik Knessetdə (ölkə parlamenti) 64 yerin əksəriyyətinə nəzarəti davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 1 =