Sionist rejimin müharibə naziri: Biz şimal sərhədlərində razılığa üstünlük veririk
Sionist rejimin müharibə naziri İsrail rəsmilərinin Livanla genişmiqyaslı müharibənin dəhşətli nəticələri barədə dəfələrlə etdiyi xəbərdarlıqların ardınca Təl-Əvivin şimal sərhədləri ilə bağlı razılığa gəlmək istəyindən xəbər verib.
İRNA-nın verdiyi xəbərə görə, Yoav Qallant bu gün (3 iyul) deyib: Biz şimal sərhədləri barədə razılığa gəlməyə üstünlük versən də lazım gələrsə, necə döyüşməyi də bilirik.
Bu arada, sionist ordunun ehtiyatda olan generalı İshaq Brik bu yaxınlarda etiraf edib: Biz Qəzza zolağında döyüşü uduzduq və Livan Hizbullahı ilə genişmiqyaslı müharibənin nəticəsi Təl-Əvivin strateji məğlubiyyəti və müharibəyə girişi olacaq.
Sionist ordusunun bu ehtiyat generalı Livan Hizbullahına qarşı qurudan, havadan və dənizdən müharibəyə girməyin həm də regional müharibəyə çevriləcəyini qeyd edərək deyib: İran da bu müharibəyə qoşulacaq, çünki İranın Suriyadakı konsulluğuna hücum etməklə İranı öz əleyhimizə daha da rəğbətləndirdik.