Sionist rejimin Nazirlər Kabineti Knessetdəki səs çoxluğunu itirib
Sionist rejim koalisiyasının üzvü olan İdit Silmanın istefası ilə koalisiya Knessetdə qanunun qəbulu üçün çoxluğu itirib.
Yəmina partiyasının nümayəndəsi İdit Silmanın istefasından sonra sionist rejimin kabinet koalisiyası Knessetdə çoxluğunu itirib və Bennet böhranı müzakirə etmək üçün Lapidlə görüşməyə can atır.
Sionist kanal bildirib ki, Knessetdə koalisiyanın lideri olan sağçı Yamina partiyasından Silman hazırkı koalisiya ilə əməkdaşlıqdan geri çəkildiyini elan edib.
O, parlamenti tərk etmə səbəbini “yəhudi kimliyinə zərbə dəyməsi” adlandırıb və deyib: “Mən dostlarımı evə qayıtmağa və sağçı kabinet yaratmağa inandırmaq üçün səylərimi davam etdirəcəyəm. Bilirəm ki, bu cür hiss edən tək mən deyiləm. Bu Knessetdə başqa bir kabinet formalaşa bilər.”
Məlumata görə, Silman istefa verməzdən əvvəl İsrailin Baş naziri və Yamina partiyasının lideri Naftali Benneti məlumatlandırmayıb və o, çoxluğunu itirdiyini media vasitəsilə bilib.
Şahab xəbər agentliyi xəbər verir ki, müxalifət lideri Benyamin Netanyahu Silmanı partiyasına qoşulacağı təqdirdə, növbəti kabinetdə səhiyyə naziri təyin ediləcəyinə söz verib. Netanyahu xəbər yayıldıqdan sonra Silmanı istefası münasibətilə təbrik edib və digər Yamina deputatlarını “İditə qoşulub evə qayıtmağa” çağırıb.
Silmanın istefası ilə Knessetdə Naftali Bennetin kabinetinin tərəfdarları 61-dən 60-a enəcək və kabinet koalisiyası qanunun qəbulu üçün Knessetdə artıq çoxluğu itirib. Silmanın bu addımı koalisiya artıq Knessetin gündəlik işləri ilə mübarizə apardığı bir vaxtda baş verdi, çünki bu koalisiya cüzi çoxluğa malik idi.