Sionist rejimin ordusunda üsyan: 180 hərbiçi ordudan kənarlaşıb

Sionist rejimin ordusunda üsyan: 180 hərbiçi ordudan kənarlaşıb

İsrail ordusunda üsyan prosesi Benyamin Netanyahunun siyasətləri səbəbindən davam edir və Hərbi Hava Qüvvələrinin Ehtiyat Birliyinin 180 zabiti iş yerinə gəlməyəcəklərini açıqlayıb.

Benyamin Netanyahunun siyasətlərinə qarşı etirazlar prosesi bir müddətdir ki, ordu və təhlükəsizlik qurumlarını da əhatə edib və gündən-günə genişlənir və daha çox zabit və əsgər artıq orduda xidmət etmək istəmədiyini bəyan edir.

 “Əl-Ərəbiyyəl-Cədid” saytının sionist Kan kanalına istinadən verdiyi məlumata görə, bu rejimin Hərbi Hava Qüvvələrinin təhlükəsizlik bölməsinin 180 zabiti öz komandirlərinə yazdığı məktubda qondarma rejimin “Məhkəmə islahatları” haqqında qanuna etiraz olaraq hərbi xidmətdən kənarlaşdıqlarını elan ediblər.

Kan kanalının məlumatına görə, “Kontrol və Nəzarət” şöbəsindən olan bu zabitlər məktublarının surətini hərbi nazir Yoav Qalanta və Sionist Ordunun Birləşmiş Qərargah rəisi Hertzi Haleviyə göndəriblər.

Bu məktub dünən Tel-Əvivdə təhlükəsizlik işçiləri ilə Netanyahunun siyasətinə etiraz edənlər arasında şiddətli toqquşmaların başladığı və səkkiz həftə ərzində ilk dəfə olaraq etirazların zorakılıq səhnəsinə çevrildiyi bir vaxtda yazılıb.

Bununla bağlı ötən həftə Sionist Ordunun (Əman) Hərbi Kəşfiyyat İdarəsinin “Xüsusi Əməliyyatlar” bölməsinin 100 zabiti məktubla bəyan ediblər ki, Netanyahunun planı tam təsdiq olunarsa, ordudan kənarlaşacaqlar.

  Bu bölmə işğal olunmuş Fələstindən kənarda hərbi əməliyyatların idarə olunması və həyata keçirilməsinə cavabdehdir və buna görə də bu şəxslərin məktubu böyük səs-küyə səbəb olub.

Həmçinin, “Kiber Casusluq” Batalyonunun yüzlərlə zabit və əsgəri də Netanyahuya etiraz olaraq bir daha vəzifə yerinə gəlməyəcəklərini məktub yazaraq elan etdilər. Bu batalyon həm də müharibə şəraitində kiber əməliyyat planlarının formalaşdırılması və həyata keçirilməsinə cavabdehdir və sionistlər üçün çox dəyərlidir.

Ərab 48-ə görə, bu hadisələrin işğalçı Qüds ordusunun öz missiyalarını yerinə yetirmə qabiliyyətinə köklü mənfi təsir göstərməsi gözlənilir, belə ki, İsrail rejimində döyüş qabiliyyətinin 70%-i ehtiyat qüvvələrin öhdəsinədir.

 “Yedioth Aharonot” qəzetinin hərbi məsələlər üzrə analitiki Ron Ben Yeşai yazır: “Bu məsələni daha da ağırlaşdıran odur ki, məhkəmə islahatlarından danışmazdan əvvəl ehtiyatda olanlar arasında hərbi xidmətə həvəs xeyli azalıb.

O, hesabatında əlavə edib: Zabitlər və ehtiyatda olan hərbçilər təlimlər keçirmək və müharibə və hərbi əməliyyatlarda iştiraka hazırlıq olan manevrlərdə iştirak etmək istəmirlər.

Bununla bağlı Sionist Ordunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Hertzi Halevi ilk dəfə açıq şəkildə bildirib ki, ixtilaflar İsraili parçalayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 1 =