Sionist rejimin patrul marşrutunda bomba partladılıb/Müqavimət döyüşçüləri sionist hərbçilərlə toqquşub-Video

Sionist rejimin patrul marşrutunda bomba partladılıb/Müqavimət döyüşçüləri sionist hərbçilərlə toqquşub-Video

Fələstinli hərbçi qruplar bu şənbə günü İordan çayının qərb sahilindəki Cenin düşərgəsində sionist rejim ordusunun patrul marşrutu üzərində bombanın partlaması və sionist əsgərlərlə toqquşma barədə məlumat veriblər.

Fələstin mətbuatının verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının hərbi qanadı olan Sərayəl-Qüdsə bağlı Cənin Batalyonu təcili xəbərdə elan edib:

Bir İsrail hərbi patrulu birbaşa bir neçə bombanın hədəfi olub və sıradan çıxıb.

Fələstin döyüşçülərinin bu əməliyyatının mümkün itkiləri ilə bağlı ətraflı məlumat hələ əldə edilməyib.

Eyni zamanda Cənin batalyonunun döyüşçüləri Cənin düşərgəsində sionist rejim əsgərləri ilə şiddətli toqquşublar. Bu batalyon düşərgə ətrafında sionist snayperlərin cəmləşmə məntəqələrini hədəfə ala bildiklərini elan etdi.

Cənin batalyonu əlavə edib: Bu batalyonun döyüşçüləri bir neçə istiqamətdə sionist düşmənin qüvvə və vasitələrinə birbaşa zərbələr endiriblər və onların mühasirəsində olan evin ətrafında güllə və bombalarla bu qüvvələri hədəfə alırlar.

Bu arada bəzi yerli Fələstin mənbələri bu düşərgədə sionist əsgərlərin açdığı atəş nəticəsində biri qız olmaqla 7 Fələstin vətəndaşının yaralandığını bildirib və onlardan birinin boynundan güllə yarası aldığını və vəziyyətinin ağır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 13 =