Sionist rejimin prezidenti: Ən çətin günlərimizi yaşayırıq

Sionist rejimin prezidenti: Ən çətin günlərimizi yaşayırıq

Sionist rejimin prezidenti Beyt Leid hərbi məhkəməsinə edilən hücuma  reaksiyada  təhlükəsizlik baxımından ən çətin günlər keçirkidlərini etiraf edib.

İRNA-nın verdiyi məlumata görə, İshaq Hersoq bu gün (30 iyul) deyib: Biz əsgərlərin və ordu komandirlərinin çiyinlərində ağır yük olmamalıyıq.

O, nümayişçilərdən hərbi kazarmanı tərk etməyi və onların öz vəzifələrini yaxşı yerinə yetirmələri üçün bütün işləri ordunun ixtiyarına vermələrini xahiş edib.

Digər tərəfdən, “Yediot Aharnot” qəzeti etirazçıların Beyt Lied düşərgəsinə girmək cəhdlərinə toxunaraq şəxsiyyətlərinin məlum olmaması üçün hərbi polisdən maskalanmasını xahiş edildiyindən də xəbər verib.

 “Mearyo” qəzeti də yazıb: Beyt Lieddə vəziyyət o qədər ağırdır ki, ordu Qəzza zolağından öz qoşunlarını çağıraraq Beyt Lied bazası və ətraf ərazilərə göndərib.

Sionist Ordu Radiosu həmçinin bildirib ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Herzi Halevi Beyt Lied bazasına hücumla bağlı hərbi nazir və baş nazirlə məsləhətləşmələr aparıb, bölgə komandiri və digər sionist komandirlərlə danışıb və hadisəni dəyərləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 2 =