Sionist rejimin Qəzzə zolağına hava və artilleriya hücumu
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Sionist rejim Bazar ertəsi gecəsi havadan və artilleriyadan Qəzzə zolağına hücumlar edib.
“Falastin Today” televiziya şəbəkəsinə görə, Qəzzə zolağındakı Rəfəhin şərqindəki bölgələr sionistlərin hücumlarına məruz qalıb.
Sionist media, Həmas hərəkatına bağlı bir hərbi bazanın Qəzzə zolağı yaxınlığında hədəf alındığını iddia etdi. Sionist rejim Qəzzə zolağından İsrailə raket atıldığını iddia edərək Qəzzə zolağına edilən hücumlara qanuni don geyindirməyə çalışır.
Bazar ertəsi axşamı İsrail qüvvələri Tulkərimda bir qrup fələstinli gəncə atəş açaraq bir fələstinlini öldürdü və ikisini yaraladı. Bu gənc “İnaf” qəsəbəsi yaxınlığında şəhid oldu.
Bundan əvvəl Əl-Məyadin xəbər şəbəkəsi Sionist mediaya istinadən, Kərəm Şalum qəsəbəsindəki yaşayış olmayan və açıq bir əraziyə bir raketin düşdüyünü bildirmişdi.
Digər xəbər mənbələri qəsəbədə və Qəzzə zolağına bitişik olan digər bölgələrdə də həyəcan siqnalı verildiyini bildirdi.
Sionist rejim aylardır Qəzzə zolağını mühasirəyə alıb və korona pandemiyasının dünyanı bürüməsinə baxmayaraq, hələ də mühasirəni davam etdirir.