Sionist rejimin qadağan olunmuş maddələrdən istifadəsinə dair sənədlər Haaqa Məhkəməsinə təqdim edilib

Sionist rejimin qadağan olunmuş maddələrdən istifadəsinə dair sənədlər Haaqa Məhkəməsinə təqdim edilib

Fələstin muxtariyyəti rəhbərinin müşaviri deyib: Sionist ordunun Qəzza zolağına hücumunda qadağan olunmuş “ağ fosfor” maddəsinin istifadəsi sənədləşdirilib və bu sənədlər Beynəlxalq Cinayət Məhkəməsinə göndərilib.

Fələstin Administrasiyasının rəhbərinin müşaviri Mahmud əl-Həbaş Rusiyanın Sputnik xəbər agentliyinə müsahibəsində əlavə edib: İsrail rejimi Qəzzada mütəşəkkil və açıq hərbi cinayətlər törədib və törətməkdə davam edir və bu səbəbdən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrailin baş naziri və bu rejimin müdafiə nazirinin həbsinə order verilməsi üçün bu məhkəməyə vəsatət təqdim edib.
O əlavə edib: Qəzzadakı İsrail rejimi beynəlxalq qanunların pozulması, müharibə cinayətləri və soyqırım törədib və bu rejimin ordusu Qəzza sakinlərinə qarşı beynəlxalq səviyyədə qadağan olunmuş silah və maddələrdən, o cümlədən ağ fosfordan istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + eight =